Mbappedən Rafael Nadala hədiyyə - Video

mbappeden-rafael-nadala-hediyye
Oxunma sayı: 1740

“Real Madrid” klubunun hücumçusu Kilian Mbappe məşhur tennisçi Rafael Nadala öz formasını hədiyyə edib.

“Qafqazinfo” “AS” nəşrinə istinadən xəbər verir ki, fransalı ulduz La Liqada “Malyorka” klubu ilə oyundan sonra bu addımı atıb.

Qeyd edək ki, tennisçi Malyorka adasının tərkibində olan Manakorda doğulub. Rafael “Real” azarkeşidir və matça xüsusi qonaq kimi dəvət olunub.

Xatırladaq ki, İspaniya çempionatının ilk turunun “Malyorka” – “Real” matçı 1:1 hesabı ilə başa çatıb.

Həmin görüntüləri təqdim edirik: