“Qafqazinfo”nun məlumatına görə, şirkətin Azərbaycanda fəaliyyətinin 15 illiyinə həsr edilmiş tədbirdə “Mc Donalds Azərbaycan” MMC şirkətinin idarəedəci direktoru Maqsud Mirzəyev tədbir və mətbuat konfransını fərqli formatda qeyd etməyi təklif edib. O, ilk öncə media nümayəndələrini restoranın xidməti sahəsi, məhsulların saxlanılma şəraiti və istehsal olunması üzrə prosüdurlar ilə tanış edib. KİV nümayəndələri restoranın istehsalat sahələrini ziyarət edib, müxtəlif yarımfabrikatların və hazır məhsulların dadına baxdıqdan sonra M. Mirzəyev şirkət haqqında ətraflı məlumat verib:
“Dünyanın 130 ölkəsindəki “Mc Donald’s” restoranlarının gündəlik 70 000 000 müştərisi kimi, Azərbaycan istehlakçısı da “Mc Donald’s” şirkətinin yüksək keyfiyyətinə etibar edir. Həm Azərbaycan, həm də bütün dünyada şəbəkənin restoranlarında satılan məhsullar nəinki, keyfiyyət tələblərinə, eləcə də, HACCP planı (Qida təhlükəsizliyi planı) üzrə qidanın təhlükəsizliyi tələblərinə cavab verir.
Bütün məhsullar “Mc Donald’s” korporasiya ilə əməkdaşlıq üçün təsdiq edilmiş müəssisələrdə istehsal olunur və zəruri keyfiyyət, gigiyena və uyğunluq sertifikatılarına, eləcə də Azərbaycanın müvafiq dövlət orqanlarının verdiyi baytarlıq və fitonasitar sertifikatlarına malikdir. Hər gün şirkətin mütəxəssisləri tərəfindən 150-dən artıq mikrobioloji və 50-dən artıq dad testi keçirilir. Azərbaycanda hər həftə məhsulların bütün nümunələri müxtəlif yoxlamaların aparılması məqsədi ilə müvafiq prosedurlara cavab verən dövlər orqanlarına və laboratoriyalara göndərilir.
Yalnız 100% təbii inqrediyentlərin istifadə olunması və təklif edilən məhsulun, onu istehlakçıya satmazdan əvvəl keyfiyyətinə qoyulan sərt tələblər, istehsalın, fermer təsərrüfatlarından başlayaraq, “McDonald’s” restoranlarına qədər olan bütün mərhələlərinə ciddi nəzarət sayəsində mümkün olmuşdur. Buna misal olaraq qeyd etmək olar ki, təkcə “BiqMak”, onun ibarət olduğu inqrediyentlər nəzərə alınmaqla, istehsalçıdan son alıcıya çatanadək 98 yoxlamadan keçir.
Şirkətin 1999-cu ildən etibarən Azərbaycanda fəaliyyətinin bütün dövrü ərzində “Mc Donald’s” şirkəti müəssisələr şəbəkəsinin inkişafının infrastrukturuna 15 mln manatdan artıq sərmayə qoyub. Gənclər üçün 100-dən artıq iş yeri açıb və onların korporasiya sistemi hüdudlarında gələcək peşəkar karyerasının yüksəlməsi üçün şərait yaradıb. Şirkətin bütün heyəti üçün həm xaricdə, həm də ölkə daxilində müxtəlif kurslar və təlimlər təşkil olunur. Həmin tədbirlərin keçirilməsi üçün Avropadan mütəxəssislər cəlb olunur. Şirkət sistemində tutduqları müxtəlif vəzifələrdə əməkdaşların əmək haqları artnaqla uğurlu karyera yüksəlişinə təsir edən sertifikatlar və diplomlar alırlar”.
M. Mirzəyevin şirkətin gələcək planlarından da söhbət açıb:
“Yaxın üçü ildə şirkət əlavə olaraq 500 yeni iş yeri açmağı planlaşdırır Bununla əlaqədar şirkətə yaxın gələcəkdə 3 000 000 manat maliyyə vəsaiti qoyulacaq. Azərbaycanın bölgələrində də restoranlarımız fəaliyyətə başlayacaq. İlk olaraq Gəncə şəhərində növbəti restoranımızın açılışı olacaq. Bu həm də gənclər üçün yeni iş yerlərinin açılmaı deməkdir. Biz hər zaman gənclərə dəstəkik. Eyni zamanda “Makdonalds Azərbaycan” şirkətinin, 1999-cu ildən başlayan fəaliyyətinin birinci günündən etibarən əsas vacib istiqamətlərindən biri, onun tarixi uşaq xeyriyyəçiliyi və məhdud fiziki imkanlara malik uşaqlara qayğı ilə bağlıdır. “Makdonalds Azərbaycan” korporasiyasının fəlsəfəsinə onun banisi, « sosial fəallığımız ilə işlədiyimiz bütün ölkələrdə cəmiyyətin ayrılmaz hissəsi olaq» deyən cənab Rey Krok tərəfindən 1954-cü ildə daxil edilmiş ümumdünya xeyriyyəçilik proqramının fəal iştirakçısı olmuşdur. “Makdonalds Azərbaycan” şirkəti bütün xeyriyyə təşkilatlarının, Uşaq evlərinin, internat məktəblərinin və müxtəlif vətəndaşların bütün müraciətlərini dəstəkləyir, onlara daima cavab verir və müxtəlif avadanlıq, məişət texnikası, mebel, gündəlik tələbat malları, eləcə də nəqliyyat vasitələrini müstəqil alaraq bu müəssisələrin uşaqlarına hədiyyə olaraq verir.
Bu gün uşaqları dəstəkləyərək biz, ölkəmizin gələcəyinə töhfə veririk. “Kiçik uşaqların böyük problemləri olmamalıdır” - bu, “MakDonalds”ın Xeyriyyə fəaliyyətinin şüarıdır”.
Könül