“Qafqazinfo” AzVision.az-a istinadən xəbər verir ki, Rusiya Qərb ölkələrindən ərzaq idxalına qoyduğu qadağalardan sonra “McDonalds” üzərində nəzarəti də artırıb.
“McDonalds” rəsmilərinin bildirdiyinə görə, tez-tez restoranların təftiş olunması səbəbindən 7 restoran müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Moskvada 3, Stavropolda 1, Yekatirinburqda 1, Serpuvda 1, Soçidə isə 2 restoran qapadılıb. “McDonalds” rəsmiləri sentyabr ayından daha 18 restoranın bağlanacağını bildirib.
Rusiyada 440-dan artıq “McDonalds” restoranı fəaliyyət göstərir. Rusiya ABŞ və Kanadadan sonra fast-food şəbəkəsinin yer aldığı ən böyük 7 ölkədən biridir.
Son xəbərlər
Son Xəbərlər