“Qafqazinfo” bizimyol.info-ya istinadən xəbər verir ki, bundan qəzəblənən Misavi şəhər sakini restoran rəhbərliyinə şikayət edib. Buna cavab olaraq filial rəhbəri şikayətçinin pulunu qaytararaq, üzr istəyib.
Lakin "McDonalds"la bağlı biabırçı olaylar bununla yekunlaşmayıb. Belə ki, analoji hadisə Yaponiyanın paytaxtında yerləşən bir neçə fəstfud restoranlarında qeydə alınıb. Bu isə bütün dünyada sözügedən şəbəkənin təqdim etdiyi məhsullara qarşı narazılıq və şübhə dalğası yaradıb.
"McDonalds"dan olaylarla bağlı mediaya bildiriblər ki, Taylandda hazırlanmış təxminən 957 min toyuq naqqetslərinin satışını dayandırılması planlaşdırılır. Şirkət istehsal zamanı məhsula plastmass materialın necə düşdüyünü araşdırmağa çalışsa da, hələlik heç bir nəticə əldə olunmayıb.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda "McDonald`s" restoranında Rolan Məmmədov adlı müştərilərdən birinin "Sezar" salatından ilbiz çıxmışdı. Buna görə o, "McDonalds" restoranlar şəbəkəsini məhkəməyə verərək, 50 min manat tələb etmişdi.
Azərbaycanda ilk "McDonald’s" restoranı 1999-cu il noyabrın 6-da ölkənin paytaxtı Bakı şəhərinin mərkəzində açılıb və hal- hazırda Azərbaycanda 8 "McDonald’s" restoranı fəaliyyət göstərir.
Son xəbərlər
Son Xəbərlər