“McDonald's” Ukraynada restoranlarını yenidən açmağı planlaşdırır

mcdonalds-ukraynada-restoranlarini-yeniden-acmagi-planlasdirir
Oxunma sayı: 692

“McDonald's” Rusiya-Ukrayna müharibəsinə görə bağladığı Ukraynadakı bəzi restoranlarını yenidən açmağı planlaşdırır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda şirkət açıqlama yayıb.

Açıqlamada Ukraynada xalqa dəstəyin onların bir nömrəli prioriteti olaraq qaldığı vurğulanıb.

“Ukraynalı hakimiyyət orqanları, təchizatçılar və təhlükəsizlik ekspertləri ilə geniş məsləhətləşmələr və müzakirələrdən sonra biz işçilərimizin geri qayıtmaq tələbini nəzərə alaraq, Kiyevdə və Ukraynanın qərbində bəzi restoranların yenidən açılması üçün mərhələli planı həyata keçirmək qərarına gəldik”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, “McDonald's” mart ayında Rusiya-Ukrayna müharibəsinə görə həmin ölkələrdəki bütün restoranlarını bağlamaq qərarına gəlib.

Şirkət may ayında 30 ildən artıqdır ki, fəaliyyət göstərdiyi Rusiya bazarını tərk edəcəyini açıqlamışdı.