“McDonald’s”da “Yardım əlini uzat!” adlı xeyriyyə aksiyası - Fotolar

mcdonaldsda-yardim-elini-uzat-adli-xeyriyye-aksiyasi
Oxunma sayı: 1000

Noyabrın 1-dən 20-dək bütün McDonald’s restoranlarında “Yardım əlini uzat!” adlı xeyriyyə aksiyası keçirir. Aksiya çərçivəsində xüsusi suvenir stikerlərinin satışından əldə edilən bütün vəsait "SOS Uşaq Kəndləri Azərbaycan" Assosiasiyasının ailələrindən olan uşaqların yardımına yönəldiləcək.

Qeyd edək ki, aksiyanın ənənəvi simvolu uşaqlara kömək, mehribanlıq və isti münasibət təəssüratını bağışlayan əli simvolizə edən “Ovuc” stikeridir. Restorana ziyarət edən hər bir kəs bu stikerləri alarkən öz istəkləri ilə adlarını yazaraq McDonald's-da xüsusi ayrılan yerə yapışdıra da bilərlər.

“McDonald's Azərbaycan” hər zaman “Kiçik uşaqların böyük problemləri olmamalıdır!” şüarına sadiqdir. Xeyriyyə aksiyaları Korporativ Sosial Məsuliyyətinə böyük diqqət yetirən “McDonald’s Azərbaycan”-ın siyasətinin tərkib hissəsidir. 22 ildir ki, “McDonald’s Azərbaycan” şirkəti qonaqların dəstəyi ilə uşaq evlərinə, tibb fondlarına, idman tədbirlərinə yardımla bağlı bir çox kampaniyaları həyata keçirib və gələcəkdə də xeyriyyə işlərini davam etdirmək niyyətindədir.

Biz birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatını daha da yaxşılaşdıra bilərik!