“MDB məkanında münaqişələr SSRİ-nin dağılmasının nəticəsidir” - Putin

mdb-mekaninda-munaqiseler-ssri-nin-dagilmasinin-neticesidir
Oxunma sayı: 4323

“Qərb MDB məkanında yeni münaqişələrin alovlanması ssenariləri üzərində işləyir”.

“Qafqazinfo” TASS-a isitnadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında keçirdiyi görüşdə deyib. 

“Rusiya və Ukrayna arasında baş verənlər Sovet İttifaqının dağılmasının nəticəsidir. Biz onu da bilirik ki, Qərb MDB məkanında yeni münaqişələri qızışdırmaq üçün ssenarilər hazırlayır. Ancaq bizdə bu münaqişələr artıq kifayət qədərdir. Hazırda Rusiya ilə Ukrayna arasında baş verənlərə, bəzi digər MDB ölkələrinin sərhədlərində baş verənlərə baxmaq kifayətdir. Təbii ki, bütün bunlar Sovet İttifaqının dağılmasının nəticəsidir, hər şey aydındır. Sabitliyin pozulması riskləri, o cümlədən Asiya-Sakit okean regionunda sabitliyin pozulması riskləri hələ də artır”, - deyə Putin qeyd edib.