MDB ölkələrinin birində terror aktı hazırlayırdı, saxlanıldı

mdb-olkelerinin-birinde-terror-akti-hazirlayirdi-saxlanildi
Oxunma sayı: 1973

Qırğızıstanda MDB ölkələrinin birində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi yayıb.

Bildirilir ki, saxlanılan şəxs terror qruplaşmasının üzvü olub. Bununla belə, nə terror qruplaşmasının, nə də həmin şəxsin adı açıqlanıb. 

O, istintaq təcridxanasına yerləşdirilib.