“Demək olar ki, MDB ölkələrinin hər biri terror hücumlarının potensial obyektidir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Kremldə keçirilən MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin XIV iclasında çıxışında deyib:
“Görürük ki, situasiya, təəssüf ki, yaxşılaşmır. Buna ən yaxşı sübut isə bu yaxınlarda Sank-Peterburqda baş verən faciəli hadisədir”.
Putin həmçinin qeyd edib ki, terrorizmdən başqa ölkələrimiz üçün çoxlu digər təhdidlər də mövcuddur. Onların arasında mütəşəkkil cinayətkarlıq, narkotrafik, korrupsiya və xarici qüvvələrin daxili siyasi situasiyaya təsiri də var.
Son xəbərlər
Son Xəbərlər