MDB XİN rəhbərləri Şurasının növbəti iclası Nur-Sultanda keçiriləcək

mdb-xin-rehberleri-surasinin-novbeti-iclasi-nur-sultanda-kecirilecek
Oxunma sayı: 825

Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Nur-Sultan şəhərində keçiriləcək.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev açıqlayıb.

Onun sözlərinə görə, şuranın növbəti iclası oktyabrın 15-i Nur-Sultanda baş tutacaq.