Məcburi köçkün binalarının taleyi necə olacaq? - Yenilənib

mecburi-kockun-binalarinin-taleyi-nece-olacaq
Oxunma sayı: 4928

“Sənaye müəssisələrinin yerində inşa edilən şəhərlər var. Bunlara misal olaraq Ağ şəhəri göstərə bilərik. Belə də davam edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

O bildirib ki, Baş planda nəzərdə tutulan əsas islahat kompleks yanaşmadır: “Mərkəzdə yalnız yüngül sənaye sahələri qalacaq. Məcburi köçkünlərin yaşadığı binaların boyük əksəriyyəti qəzalı vəziyyətdədir. Onların Qarabağa köçürülməsi prosesi müvafiq qaydada davam etdirilir. Onlar köçürüldükdən sonra həmin binalara baxış keçiriləcək. Onların yenidən müvafiq təyinat üzrə tikintisi nəzərdə tutula bilər”.

***

Anar Quliyev jurnalistlərə açıqlamasında qeyd edib ki, Baş plana uyğun olaraq Bakıda mənzil fondunun yenilənməsi planlaşdırılır.

Onun sözlərinə görə, bununla bağlı şəhərə investorlar cəlb ediləcək: “Bilirik ki, Bakıda kifayət qədər qəzalı vəziyyətə düşmüş binalar var. Mənzil fondunun yenilənməsi prosesi bu gün də dövlətin müəyyən dəstəyi ilə və investorların cəlb edilməsi ilə davam edir və gələcəkdə də davam edəcək”.

Gülnar Əliyeva