Məcburi köçkün mənzil sahibini didərgin salıb- - Video

mecburi-kockun-menzil-sahibini-didergin-salib-
Oxunma sayı: 1654


“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, səbəb isə onun mənzilində məcburi köçkün ailəsinin yaşamasıdır. Ev sahibi İlhamə Məmmədova deyr ki, onun evi 2000-ci ildə Müdafiə Nazirliyi tərəfindən qanuni şəkildə əri Mirdaməd Məmmədova verilib. Ancaq həmin vaxta qədər, yəni 1993-cü ildən onun evində məcburi köçkün ailəsi məskunlaşıbmış. Bir neçə ildir ki, kirayədə yaşayan Məmmədovlar ailəsi bu il çarəsiz qalıb mənzillərində yaşamaq qərarına gəlib. Ona görə də sözügedən mənzilin bir otağında məskunlaşıb.

Amma problemlə bağlı ev sahibi məhkəmələrə müraciət edib və dəfələrlə məhkəmə prosesi keçirilib. Prosesdə qarşı tərəf iştirak etməyib. Əksinə, məcburi köçkün ailəsi daşınmaz əmlakın dövlət reyestri xidmətindən alınmış çıxarışı yetərsiz sayaraq məhkəməyə müraciət etsə də, Apellyasiya Məhkəməsi bu iddianı Mirdaməd Məmmədovun lehinə əsassız sayılıb. Bütün bunlar İlhamə xanımın sözləridir.

Bundan başqa evin xanımı onu da deyir ki, Xətai rayon qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin nümayəndəsi onlara dəflərlə təzyiq göstərib. Məsələ ilə əlaqədar mənzilin digər otağına, yəni köçkün ailəsinin yaşadığı otağa üz tutduq. Ailənin xanımı Şəlalə Ədilova isə nədənsə suallarımıza qapı arxasında cavab verməli oldu. O bildirdi ki, bütün məhkəmə proseslərində iştirak edib. Mənzili isə ona məxsusdur.

Problemlə bağlı ilk olaraq Xətai Rayon İcra Hakimiyyətinin nəzdində fəailyyət göstərən qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin nümayəndəliyində olduq. Nümayəndə bizə yalnız şifahi məlumat verməklə kifayətlənərək bildirdi ki, məcburi köçkün ailəsi evdə yaşadığı halda mənzil sahibinin ixtiyarı yoxdur ki, həmin evdə yaşasın. Yalnız dövlət proqramına əsasən qaçqın və köçkün ailəsinə ev verilənə qədər mənzil sahibi səbr etməlidir. Bu cavabla kifayətlənməyib, Ədliyyə Nazirliyi ilə əlaqə saxladıq. 

Məcburi köçkün ailəsi məhkəmə proseslərində iştirak etmədiyi təqdirdə məhkəmə hakimlərinin ixtiyarı var ki, prosesi davam etdirsin. Amma istənilən halda mənzil sahibinin mülkiyyət hüququ qorunmalıdır.