Məcburi köçkünlərin evindəki yanğında xəsarət alan var

mecburi-kockunlerin-evindeki-yanginda-xesaret-alan-var
Oxunma sayı: 901

Bərdə rayonunun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinin tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb.

“Qafqazinfo” xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb. Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.