Məcburi köçkünlərin məskunlaşdığı daha bir binada yanğın

mecburi-kockunlerin-meskunlasdigi-daha-bir-binada-yangin
Oxunma sayı: 1237

Göyçayda yataqxanada yanğın baş verib.

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində quraşdırılıb 8 ədəd elektrik sayğacı yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.