Məcburi köçkünlərin tikilisində yanğın, 2 nəfər xəsarət aldı

mecburi-kockunlerin-tikilisinde-yangin-2-nefer-xesaret-aldi
Oxunma sayı: 1186

Abşeron rayonunda məcburi köçkünlərin məskunlaşdığı yerdə yanğın olub. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 200 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilidə sahəsi 35 m² olan iki otağın yanar konstruksiyaları və ev əşyaları yanıb. 

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.