Məclis binası 11 saatdır mühasirədədi

meclis-binasi-11-saatdir-muhasirededi
Oxunma sayı: 1705


“Qafqazinfo” musavat.com-a istinadən verdiyi xəbərə görə, Krım-Tatar Xalqı Qurultayının Mərkəzi Seçki Komissiyasının sədri Zaur Smedlyayev binada “Krım” fondunun rəhbəri Riza Şevkiyevin də olduğunu bildirib. Axşam saatlarınadək isə Məclisin əməkdaşları olduğu bildirilən iki gənc xanım saxlanılıb. Onlar buraxılsa da, mobil telefonları əlindən alınıb. Xanımlar içəridə hələ də adamların olduğunu söyləyiblər. Onlar qida və su ötürmək səyləri nəticə verməyib. Binanı mühasirədə saxlayanlar “axtarış getdiyini” əsas gətirərək buna imkan verməyiblər.