Rəqqasə Fatimə Fətəliyevanın səhhətində problem olmasına baxmayaraq, məclis aparması sosial şəbəkələrdə tənqid olunub.
“Qafqazinfo” xəbər verir ki, Fətəliyeva qızdırmalı halda tədbirə qatılmasını elə özü etiraf edib.
“Dünən xəstə canımla hündürdabanda 6 saat məclis aparmışam. Qızdırmalı halda... Video paylaşmışam, heç görün bilinirdi? Görün, Fatimə xəstəyə oxşayırdı? Arzulayıram yarım dəqiqə bunu keçirəcəksiniz. Görün edə bilərsiz?”, - rəqqasə instaqramdakı canlı yayımda deyib.
Fatimənin qızdırmalı halda toya getməsi birmənalı qarşılanmayıb. Sosial şəbəkədə müzakirələrə səbəb olan açıqlamaya istifadəçilər etiraz edib, rəqqasəni xəstəlik yaymaqda ittiham ediblər.
Son xəbərlər
Son Xəbərlər