Xəbər verdiyimiz kimi Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.
“Qafqazinfo” xəbər verir ki, sərbəst güləş üzrə yarışlarda 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Aleksandr Qostiyev də finala qədər bütün rəqiblərindən üstün olsa da, həlledici görüşdə uduzub.
Gümüş medalçımız qarşılaşmalardan sonra müsahibə verib. O, qızıl medal qazanmaq istədiyini, lakin Avropa çempionatında gümüş medalın da pis olmadığını bildirib: “Qızıl medal qazanmaq istəyirdim. Amma Avropa çempionatında gümüş də pis deyil. Bu medalımı 8 mart qadınlar günü münasibətilə anama həsr edirəm”.
Son xəbərlər
Son Xəbərlər