“Medalımı qızıma, həyat yoldaşıma həsr edirəm” - Sinişin

medalimi-qizima-heyat-yoldasima-hesr-edirem
Oxunma sayı: 1055

Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında 58 kq çəki dərəcəsində qızıl medal qazanan Natalya Sinişin final görüşündən sonra açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, xanım idmançımız birincilikdən danışıb: “Mən çox xoşbəxtəm, başqa heç nə deyə bilmərəm. Final döyüşündə mən məşqçinin tapşırıqlarını, göstərişlərini yerinə yetirməyə çalışdım. Avropa Oyunlarında xırda səhvlərə yol verdiyim üçün bu dəfə çalışdım daha diqqətli olum və qələbə qazanım. Oyuna hazırlaşarkən yalnız birincilik haqda düşünür və özümü bu yolda motivasiya edirdim. Bundan sonra çalışacağıq Olimpiadaya düşə bilək. Bu qələbəmi ilk növbədə ailəmə, azyaşlı qızıma, hər zaman mənimlə olan məşqçi həyat yoldaşıma, eyni zamanda anama, yaxınlarıma və mənə azarkeşlik edən hər kəsə həsr etmək istəyirəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.