Mədəniyyət evinə yeni direktor təyinatı

medeniyyet-evine-yeni-direktor-teyinati
Oxunma sayı: 1229

M. Ə. Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinə yeni direktor təyin olunub.

"Qafqazinfo" xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsasən şəbəkəsinə daxil olan M. Ə. Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin direktor vəzifəsinə Vəliyev Fazil Mütəllim oğlu təyin edilib. 

Xatırladaq ki, ilin əvvəlindən başlayaraq İdarənin mədəniyyət evlərində işin təkmilləşməsi və qüsurların aradan qaldırılması ilə əlaqədar bir sıra kadr dəyişiklikləri edilib.