Mədəniyyət Mərkəzinə yeni rəhbər təyin olunub

medeniyyet-merkezine-yeni-rehber-teyin-olunub
Oxunma sayı: 1216


“Qafqazinfo” xəbər verir ki, Misirin Ayn-Şəms Universitetini fərqlənmə diplomu ilə bitirən Ahmed Sami Abdelfattah Elaydy 2006-cı ildə həmin universitetin türk dili şöbəsində “Qaçaq Nəbi dastanı” mövzusunda magistr dissertasiyası müdafiə edib.

Müxtəlif ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak edən Ahmed Sami Azərbaycan dili və ədəbiyyatına həsr edilmiş 30-dan çox məqalənin müəllifidir. Bundan başqa o, bir sıra tanınmış müəlliflərin əsərlərini - Kamal Abdullanın “Yarımçıq əlyazma”, Vaqif Sultanlının “İnsan dənizi”, eləcə də “Xocalı: XX əsrin soyqırımı”nı Azərbaycan dilindən ərəb dilinə, Nobel mükafatı laureatı Nəcib Məhfuzun “Liderin qətl günü” romanını isə ərəb dilindən Azərbaycan dilinə tərcümə edib.

2010-cu ildə Bakı Dövlət Universitetində doktorluq dərəcəsi alıb.