Mədəniyyət nazirləri Bakıya gəlir

medeniyyet-nazirleri-bakiya-gelir
Oxunma sayı: 741

Mədəniyyət nazirləri BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcək.

"Qafqazinfo"nun məlumatına görə, 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mahir Ünal, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Mixail Giorqadze, Qırğızıstanın mədəniyyət və turizm naziri Altinbek Maksutov və Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekov qatılacaqlar.

Forumun Açılış mərasimi Bakı Konqres Mərkəzində keçiriləcəkdir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.