İyulun 17-də Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 3 namizəd İctimai Şuranın üzvü seçilib:
-Yolçuyev Əkbər Mehdi oğlu;
-Mustafayeva Samirə Vəli qızı;
-Qədirov Vuqar Kərim oğlu.
Seçkilərə 26 namizəd qatılıb. İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından boş qalan 6 yer üçün 20 iyul 2023-cü il tarixdə saat 11:00-dan 14:00-dək Beynəlxalq Muğam Mərkəzində namizədliyi qeydə alınmış şəxslər arasında təkrar seçkilər keçiriləcəkdir.
Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin seçici qismində iştirakları nəzərdə tutulub.
Səsverməyə gələnlərin şəxsiyyət vəsiqələrini (yaxud şəxsiyyətinizi təsdiq edən digər sənəd) özləri ilə götürmələri xahiş olunur.





Son xəbərlər
Son Xəbərlər