Mədəniyyət Nazirliyinin əməkdaşları Heydər Əliyevin məzarını ziyarət etdi - Foto

medeniyyet-nazirliyinin-emekdaslari-heyder-eliyevin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 1228

Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi mayın 10-da Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin əməkdaşları ümummilli liderin məzarı önünə çiçək dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Anım mərasimində Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak edib.