Mədəniyyət və Turizm Nazirliyi infotur təşkil edir

medeniyyet-ve-turizm-nazirliyi-infotur-teskil-edir
Oxunma sayı: 660

Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun “Qafqazinfo”ya verdiyi məlumata görə, 2011-ci ilin “Turizm ili” elan olunması ilə bağlı regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədilə müxtəlif layihələr həyata keçirilir. “Bu layihənin məqsədi respublikamızın ən gözəl rayonlarından olan Xaçmaza yerli turizm şirkətlərinin və kütləvi informasiya vasitələrinin iştirakı ilə infoturun təşkil olunmasıdır. İnfoturda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkəti əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik heyətin iştirakı nəzərdə tutulub.

Turizm şirkətləri və KİV nümayəndələri iki gün ərzində rayonda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar, eyni zamanda mədəni-tarixi abidələrlə və rayonun təbiəti ilə də tanış olacaqlar”.

Nigar Məmmədli