“Qafqazinfo” xəbər verir ki, mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında Azərbaycanın yüksək səviyyədə fəallığından geniş söhbət açıb. Bildirib ki, Bakıda keçirilən bütün tədbirlərdə, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan beynəlxalq forumlarda, müxtəlif konfranslarda, mərasimlərdə TÜRKSOY-un təmsil olunması bu nüfuzlu beynəlxalq təşkilatın üzvləri arasında əməkdaşlığı daha da artırır və onları bir-birinə yaxınlaşdırır.
TÜRKSOY-un baş katibi diqqətə çatdırıb ki, biz hamımız türk xalqlarını bir-birinə yaxınlaşdırmaq, ümumi tariximizi öyrənmək, ortaq dilimizi inkişaf etdirmək kimi xeyirxah bir missiyanı yerinə yetiririk. Biz birgə mədəniyyətimizi inkişaf etdirməklə yanaşı, onu dünyanın hər yerində təbliğ edirik.
Sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikova, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovaya, Azərbaycan Milli konservatoriyasının rektoru Siyavuş Kərimiyə, müğənnilərdən Azərinə, Azər Zeynalova, tanınmış tədqiqatçı jurnalist Ramiz Əsgərə və AzərTAc-ın baş direktoru Aslan Aslanova “TÜRKSOY-un 20 illiyi” yubiley medalını təqdim edib.
Yubiley medalına layiq görülənlər adından çıxış edən Ədalət Vəliyev fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə minnətdarlığını bildirib, TÜRKSOY-un həyata keçirdiyi genişmiqyaslı tədbirlərin, eləcə də Azərbaycan mədəniyyətinin bu təşkilat səviyyəsində dünyada təbliğinin böyük əhəmiyyət daşıdığını deyib. Diqqətə çatdırıb ki, TÜRKSOY-un yaradılmasının 20 illik yubileyi ötən il Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yüksək səviyyədə qeyd edilib. Əlamətdar haldır ki, türkdilli dövlətlərin başçıları bu qurumun fəaliyyətini yüksək qiymətləndirmiş, qarşıdakı illərdə onun birləşdirici missiyasını, görəcəyi işləri dəyərləndirmiş və inkişaf perspektivlərini göstərmişlər. TÜRKSOY-un bu yüksək mükafatı bizi bundan sonrakı fəaliyyətimizdə daha sıx və faydalı əməkdaşlığa sövq edəcək.
Son xəbərlər
Son Xəbərlər