Mədəniyyətimizi göstəririk... - Fotolar

medeniyyetimizi-gosteririk
Oxunma sayı: 4798

Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan tədbirə bu gün start veriləcək.

Tədbirin yüksək səviyyədə təşkil olunması üçün Bakıdan Özbəkistanın paytaxtı Daşkəndə 250 nəfərə yaxın heyət səfər edib. Bunlar arasında mədəniyyət və incəsənət sahəsinin tanınmış nümayəndələri də var.

Ötən gün Özbəkistana gələn heyət İslam Kərimov adına hava limanında gül çələngləri ilə qarşılanıb.

Mədəniyyət naziri Adil Kərimlinin də iştirak edəcəyi tədbirə Özbəkistan Yazıçılar İttifaqının tədbir zalında “Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz” mövzusunda keçiriləcək konfransla və “Muhammad Fuziliy Kulliyot” ikicildlik kitabın təqdimatı, həmçinin ədəbi-bədii kompozisiya ilə start veriləcək.

Qeyd edək ki, Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı tədbirlər 14 iyunadək davam edəcək.

Emin Səfərov, Daşkənd