Mədəniyyətlərarası Dialoq Forumunun elmi təqdimatı oldu

medeniyyetlerarasi-dialoq-forumunun-elmi-teqdimati-oldu
Oxunma sayı: 719


 “Qafqazinfo”ya daxil olan məlumata görə, ölkəmizin mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq diyarı kimi tanınması, bununla əlaqaədar müvafiq beynəlxalq imicinin formalaşmasına yönəldilmiş işlərin miqyasının genişləndirilməsi və bu sahəyə respublika elmi ictimaiyyətinin səfərbər olunması məqsədilə keçirilən tədbiri universitetin Elm və innovasiyalar üzrəprorektoru, professor Aydın Kazımzadə açıb. Azərbaycan hökumətinin sözügedən istiqamətdə gördüyü işlərin təqdirəlayiq olduğunu bildirən Aydın Kazımzadə  universitetin pedaqoji kollektivinin, bütün elmi potensialının Azərbaycanın tanıdılması və nüfuzunun artırılmasına xidmət edən forumun uğurla həyata keçirilməsində yaxından iştirak etməyə hazır olduğunu vurğulayıb.

 Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Elm, təhsil və gənclərlə iş şöbəsinin Elm sektorunun müdiri Asif Usubəliyev  qarşıda duran strateji hədəflər haqqında məlumat veriblər.  Forum işini maraqlı diskussiyalarla yekunlaşdırıb.