Mədəsində heroin daşıyan yerlimizə 18 il “iş” verildi

medesinde-heroin-dasiyan-yerlimize-18-il-is-verildi-
Oxunma sayı: 658

Trend-in məlumatına görə, bu barədə "Kazakhistan Today" xəbər verir. Məhkəmə dəftərxanasından verilən məlumata görə, mühakimə olunanlardan biri öz mədəsində 53 paketdə 400 qram heroin daşıyırmış, digəri isə onu müşahidə edirmiş.

Məhkəmə materiallarına görə, ötən il noyabrın 24-də səhər saat 6-da onlar "Sarı Arka" aeroportundan sərhəd və gömrük nəzarətindən, müvafiq olaraq dövlət sərhədindən keçiblər. Onlar Karaqanda-Moskva reysi ilə uçan təyyarəyə minməyə hazırlaşanda MTK-nın vilayət departamentinin əməkdaşları tərəfindən saxlanılıblar.

Məhkəmədən verilən məlumata görə, vilayət klinik xəstəxanasının həkimləri həbs olunanlardan birinin mədəsini yuyublar və oradan içərisində heroin olan paketlər çıxarılıb. "İstintaq zamanı iki xarici vətəndaşa dövlət sərhəddindən keçirmək üçün heroin satan şəxsləri müəyyən etmək mümkün olmayıb. Heroini onlar RF-nin Vladivostok şəhərinə çatdırmağı və orada satmağı planlaşdırırmışlar", - dəftərxanadan bildirilib.

Mədəsində heroin daşıyan 29 yaşlı Azərbaycan vətəndaşı 18 il azadlıqdan məhrum edilib. Onu müşayiət edən 22 yaşlı Azərbaycan vətəndaşına isə 16 il cəza verilib. Hər ikisinin əmlakı müsadirə olunmaqla barələrində əlavə cəza tədbiri tətbiq olunub.