“Media haqqında” qanun layihəsi nə yerdədir?

media-haqqinda-qanun-layihesi-ne-yerdedir
Oxunma sayı: 1108

“Azərbaycanda media reyestrinin yaradılması nəzərdə tutulur”.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, media reyestrinin yaradılması jurnalistlərlə bağlı bir sıra layihələrin həyata keçirilməsinə imkan verəcək. 

İcraçı direktor “Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrə olduğunu da açıqlayıb: “Hazırda media subyektlərinin təklifləri müzakirə olunur. Qanun layihəsi yaxın zamanlarda aidiyyəti orqanlara təqdim ediləcək. Daha sonra isə layihə ətrafında cəmiyyətdə müzakirələr keçiriləcək”.