“Qafqazinfo” xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 35 çap və 170 on-line media daxil olmaqla 215-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Bakcell (270 məlumat), banklar arasında Unibank(417 məlumat), sığorta şirkətləri arasında AXA MBASK (140 məlumat), ali məktəblər arasında BDU (858 məlumat), otel və biznes mərkəzləri arasında Hilton (170 məlumat) irəlidədir.
Qeyd edək ki, nəticələr şirkətimizin FB səhifəsində daha dolğun yerləşdirilib:
Son xəbərlər
Son Xəbərlər