Media Reyesterinin fəaliyyətə başlayacağı vaxt açıqlandı

media-reyesterinin-fealiyyete-baslayacagi-vaxt-aciqlandi
Oxunma sayı: 851

“Yəqin ki yaxın günlərdə Media Reyestri fəaliyyətə başlayacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, son illərdə medianın inkişafı ilə bağlı xeyli işlər görülüb.

Əflatun Amaşov, həmçinin media sahəsində, informasiyaların yayılması zamanı qaydaları pozmuş şəxslərə Baş Prokurorluqdan əvvəl jurnalistlərin cmləşdiyi qurumların xəbərdarlıq etməsinin vacibliyini vurğulayıb: “Biz, həm də cəmiyyətdə media savadlılığının artırılması istiqamətində işlər görməliyik. Jurnalistlərə vahid kartların verilməsi, Media Reyesterinin yaradılması bu baxımdan vacib addımlardır, yəqin ki yaxın günlərdə Media Reyesteri də fəaliyyətə başlayacaq. Düşünürəm ki, bununla bağlı birgə layihələr icra edə bilərik”.