“Mediada yayılmış məlumatlar əsasında 6 cinayət işi başlanıb”

mediada-yayilmis-melumatlar-esasinda-6-cinayet-isi-baslanib
Oxunma sayı: 2947

Bu ilin altı ayında prokurorluq orqanları tərəfindən media və sosial şəbəkələrdə yayılmış məlumatlar əsasında 6 cinayət işi başlanıb.

"Qafqazinfo" xəbər verir ki, bunu ölkənin Baş prokuroru Kamran Əliyev I yarımilliyin yekunlarına dair kollegiya iclasında deyib. O bildirib ki, cinayətkarlığa qarşı mübarizədə medianın önəmli rolu var:

"Həmin məlumatlardan biri üzrə aidiyyəti struktur qurum tərəfindən məhkəməyə mülki iddia verilib, 2 məlumat üzrə neqativ hallardan çəkindirmək məqsədilə vətəndaşlara xəbərdarlıq edilib, 3 məlumat üzrə qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimatlar göndərilib".