Medianı kəşfinə inandıran 15 yaşlı azərbaycanlı “ixtiraçı” -

mediani-kesfine-inandiran-15-yasli-azerbaycanli-ixtiraci-
Oxunma sayı: 1566


“Qafqazinfo”nun verdiyi xəbərə görə, məlumatda qeyd olunub ki, 15 yaşlı İsmayıl Şirzadov komputerə əllə toxunmadan, səslə verilən əmrlərlə çalışan proqram yaradıb.

Tanınmış fəal Bəxtiyar Hacıyev bildirib ki, bu yeni ixtira deyil: “Windows” əməliyyat sistemi olan bütün son kompüterlərdə səs tanıma sistemi (voice recognition system) var və istənilən adam onların ifadəsi ilə desək, möhtəşəm ixtira edərək kompüteri özünə tabe edə bilər. 

Bundan başqa onlarla səs tanıma sistemi proqramları mövcuddur, bu uşağın "ixtirası" da başqasına aiddir”.

“Qafqazinfo”