Gələn həftədən Region TV-də media ilə bağlı yeni bir veriliş yayıma başlayır.
“Qafqazinfo” xəbər verir ki, proqram "Mediaradar" adlanır. Bu barədə televiziyanın mətbuat katibi və sözü gedən layihənin rəhbəri İsmayıl Həsənov məlumat verib. Proqramda ölkə mediasının gündəmindən seçilən xəbərlər müzakirə olunacaq, verilişin qonaqları isə mətbuat nümayəndələri olacaq. Proqram gedişatında mediamızın problemləri və həlli yolları da müzakirə olunacaq. O, bildirib ki, layihə hər həftənin bazar ertəsi saat 22:00-da yayımlanacaq.
Son xəbərlər
Son Xəbərlər