“Qarabağ”ın müdafiəçisi Kevin Medinanın taleyinə aydınlıq gəlib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı futbolçu Azərbaycan çempionunda qalıb.
Buna səbəb “Çaykur Rizespor”un onun transferindən son anda imtina etməsidir.
Super Liqa təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisi ilə uzun müddət idi danışıq aparırdı. Lakin Medinanın danışıq müddətini uzatması ucbatından “Çaykur Rizespor” keçiddən vaz keçib.
“Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl “Qafqazinfo”ya açıqlamasında Medina ilə bağlı bunLarı deyib: “Son durum tam olaraq bəlli deyil. Amma hazırkı durumda Medina bizim futbolçumuzdur”.
Qeyd edək ki, Kevin Medina 2020-ci ildən “Qarabağ”ın formasını geyinir.
Son xəbərlər
Son Xəbərlər