Mədinə Abdullayeva Türkiyədə mükafat aldı - Fotolar

medine-abdullayeva-turkiyede-mukafat-aldi
Oxunma sayı: 3670

“Türkiyə Kalite Ödülləri” sahiblərinə təqdim edilib. “Qafqazinfo” xəbər verir ki, nominasiyalar arasında “Azərbaycanın yaxşı qadın aparıcısı” nominasiyası da yer alıb. Mükafata “MTV” kanalının aparıcısı Mədinə Abdullayeva layiq görülüb.

O, mükafata layiq görüldüyü üçün qürurlandığını bildirib: “Çox dəyərli mükafatdır və buna görə çox sevinirəm. Məşhur insanların yer aldığı bu mükafatlandırma məni qürurlandırdı. Belə atmosferdə olmaq xüsusi bir hissdir. Öz sahələrində uğurlar qazanmış bir çox insanlarla bir yerdə olduq. Aparıcılığı çox sevirəm və daim özümü inkişaf etdirməyə çalışıram. Bu səbəbdən “Azərbaycanın ən yaxşı qadın aparıcısı” olmaq məni qürurlandırdı. Hər kəs öz sahəsində ən yaxşı olmaq istəyir. Bu cür mükafatlar daha çox çalışmaq üçün önəmlidir. Ona görə də hisslərimi ifadə etmək mümkün deyil.

İnsanın sevdiyi işdə çalışması daha çox fədakarlıq etməsinə gətirib çıxarır. İnkişaf etmək, daha çox uğur qazanmaq mənim üçün yorucu deyil. Bu dəyərli mükafata sahib olmaq əslində işimi sevərək gördüyümün göstəricisidir. Ona görə də sevinirəm. Daha da irəli getmək üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, mükafatlandırmada Mila Kali, İvana Sert, Oktay Kaynarca kimi məşhurlar iştirak edib.