Mədrəsənin qapısından donuz başı asdılar

medresenin-qapisindan-donuz-basi-asdilar
Oxunma sayı: 1655


“Qafqazinfo”nun haqqin.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Frontnews xəbər yayıb. Kabuleti rayonunun Lermontov küçəsi, 13 ünvanında yaşayan sakinlər donuz başını açılması planlaşdırılan mədrəsə binasının qapısından asıblar.

Yerli sakinlərin bildirdiyinə görə, Türkiyə vətəndaşı həmin binada mədrəsə açmağı planlaşdırır. Sakinlər şəhərdə mədrəsənin açılmasının yolverilməz olduğu qənaətindədir. Sakinlər aksiya keçirərək Kabuleti-Batumi yolunu kəsiblər.

Rayonun rəhbəri Sulxan Yevgenidze mədrəsənin açılması üçün icazənin olmadığını bildirib. S.Yevgenizde regionda müsəlman dini məktəbinin açılmasında heç bir problem görmədiyini də sözlərinə əlavə edib.