Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak Viktor Medvedçukun Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanmasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, bu haqda öz tvitter hesabında paylaşım edib.
Podolyakın sözlərinə görə, indi siyasətçinin həbsdə olması daha təhlükəsiz olacaq:
"Bu gün Medvedçuk yaşamaq üçün Ukrayna həbsxanasında gizlənməlidir. Rusiya Federasiyasında o, Ukraynadakı əhval-ruhiyyə haqqında mütəmadi olaraq yalan danışan, pul oğurlayan və müharibənin təşəbbüskarlarından biri kimi tanındı”, - deyə Prezident Aparatının rəhbəri yazıb.
Qeyd edək ki, Medvedçukun saxlanması aprelin 12-də məlum olub. Ukrayna Təhlükəsizlik Xidməti onun Ukrayna Silahlı Qüvvələrinin formasını geyinərək hüquq-mühafizə orqanlarının əməkdaşlarından gizlənməyə çalışdığını bildirib.
Həmçinin oxuyun: Zelenski rusiyayönümlü siyasətçinin əliqandallı şəklini paylaşdı
Son xəbərlər
Son Xəbərlər