“Medvedçukun harada saxlanıldığı məlum deyil”

medvedcukun-harada-saxlanildigi-melum-deyil
Oxunma sayı: 2958

Ukraynanın “Müxalif partiya - Həyat naminə” partiyasının siyasi şurasının sədri Viktor Medvedçukun hazırda harada saxlandığı məlum deyil.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Medvedçukun həyat yoldaşı, teleaparıcı Oksana Marçenko deyib.

Onun sözlərinə görə, atası iki gündür Medvedçukun harada saxlanıldığını müəyyənləşdirməyə çalışır, lakin bütün təcridxana və həbsxanalarda ukraynalı siyasətçinin orada olmadığını deyirlər.

Xatırladaq ki, aprelin 12-si rusiyayönümlü mövqeyi ilə tanınan ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında Medvedçukun əlləri qandallı fotolarını paylaşıb.