Medvedev Heydər Əliyevin məzarını ziyarət etdi - Yenilənib+Foto

medvedev-heyder-eliyevin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 3541

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedev aprelin 8-də Fəxri xiyabana gələrək Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə çiçəklər düzülüb.

***

Daha sonra Dmitri Medvedev Şəhidlər xiyabanını ziyarət edib.

Dmitri Medvedev ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.