Medvedev İrəvandadır

medvedev-irevandadir
Oxunma sayı: 2158

Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanın paytaxtı İrəvana çatıb.

Qafqazinfo” TASS Agentliyinə istinadən xəbər verir ki, Medvedev Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin hökumət başçılarının iştirakı ilə keçiriləcək iclasa qatılacaq.

Məlumata görə, görüşdə prioritet məsələ ittifaqa üzv ölkələrin nəqliyyat və energetika sahəsindəki əməkdaşlığı olacaq.

İclasın iştirakçılarını Ermənistan prezidenti Serj Sarkisyan qəbul edəcək.