2023-cü il yanvarın 1-dən mayın 19-dək Rusiya Silahlı Qüvvələrinin sıralarına 117 mindən çox şəxs qəbul edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib.
Həmin şəxslər müqavilə əsasında və könüllü birləşmələrin tərkibində qəbul olunublar.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin avqustunda imzaladığı fərmanla Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyətinin 1 milyon 150 min 628-i hərbçi olmaqla 2 milyon 39 min 758 nəfər təşkil edilməsini əmr edib.
Son xəbərlər
Son Xəbərlər