Rusiya baş naziri Dmitri Medvedev İqtisadi İnkişaf Nazirliyinə Türkiyə ilə hökumətlərarası əməkdaşlıq proqramının imzalanması üçün tapşırıq verib.
“Qafqazinfo”nun “Haber7”yə istinadən verdiyi məlumata görə, sənəddə qeyd olunur ki, Rusiya və Türkiyə hökumətləri arasında ticarət-iqtisadi, elmi-texnoloji və mədəniyyət sahələrində orta müddətli əməkdaşlıq proqramı 2017-2020-ci illəri əhatə edəcək.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin hökumət adına proqramı imzalayacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər