Medvedev Zelenskiyə Kissincerin məsləhətinə qulaq asmağı tövsiyə edib

medvedev-zelenskiye-kissincerin-meslehetine-qulaq-asmagi-tovsiye-edib
Oxunma sayı: 3083

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Vladimir Zelenskiyə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin Ukrayna probleminin həlli ilə bağlı tövsiyələrinə əməl etməyi tövsiyə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Medvedev teleqram kanalında yazıb.

Kissincer bundan əvvəl Qərbi Rusiya ilə danışıqları bərpa etmək üçün Ukraynaya təsir göstərməyə çağırmışdı.
"Dünyanın ən qocaman siyasətçilərindən biri, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Davosda forumda çıxışı zamanı Kiyevi Moskva ilə danışıqlarda güzəştə getməyə, vəziyyəti ayıq və real dəyərləndirməyə və Avropa üçün dəhşətli nəticələrə səbəb ola biləcək və onu xaosa sürükləyəcək həddindən artıq gərginlik yaranmazdan əvvəl danışıqlara mümkün qədər tez başlamağa çağırıb... Məhz o zaman gənc "xoruz" müdrik "şahin"ə qulaq asmalı idi” - Medvedev yazıb.