Medvedyev rusları araqsız qoymayacaq - Söz verdi

medvedyev-ruslari-araqsiz-qoymayacaq
Oxunma sayı: 2985

“Sərxoşluqla mütləq mübarizə aparmaq lazımdır”.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Dmitri Medvedyev bildirib.

Onun sözlərinə görə, hökumət ölkədə arağa qadağa qoymağı planlaşdırmır:

“Araqla müəyyən müddət mübarizə apardıq. 1986-cı il mayın 16-da verilmiş fərmanı deyirəm. Bu fərman nəticəsində mağazalarda böyük növbələr yarandı. İnsanlar artıq özləri araq istehsal etməyə başladılar, bu da ki, onların sağlamlığına ziyan vuran kimyəvi elementlərdən ibarət idi. Ona görə də arağa qarşı yox, insanlar öz vərdişlərinə qarşı mübarizə aparmalıdır”, - deyə Medvedyev əlavə edib.