Məğlub olduqları üçün oğlanlarını döyən ana - Foto+Video

meglub-olduqlari-ucun-oglanlarini-doyen-ana
Oxunma sayı: 753

Rusiyada MMA ilə peşəkar şəkildə məşğul olan Qriqori, Georgi və Viktor Kiçiqinı qardaşları  daha çox analarını etdikləri ilə məhşurdurlar. “Qafqazinfo” xəbər verir ki, 3 övladının döyüşçü kimi yetişməsinə böyük əmək sərf edən Anna Azaovskaya onların məğlubiyyətlərini də qəbul etmir. 

O, oğlanlarının bütün döyüşlərində onların məşqçisi kimi çıxış edir. Məğlubiyyətlərdən sonra övladlarına dəstək olmaq əvəzinə onları döyməyə üstünlük verən Anna bununla ad çıxarıb. Oğlanlarının döyüşləri zamanı da çılğınlığı ilə seçilən Azovskaya onların qələbələrində də böyük pay sahibidir. 
Annanın 3 oğlundan başqa 2 qızı da var. Bunlar Yaroslava və Usladadır. Qızları isə incəsənətlə məşğuldurlar. 

Bu ailə Roşal şəhərində yaşayır. Adıçəkilən şəhər Moskvadan 130 km aralıda yerləşir. 

Anna oğlanlarının məğlubiyyətləri ilə barışmadığından danışır: “Mən adətən onların döyüşlərində yanlarında oluram. Fikrimcə, döyüşlərdə kişi kimi xarakter göstərmək lazımdır. Allah idmanı bizə hikmət verib və bundan yararlanmaq lazımdır. Gənc olsaydım, özüm döyüşlərə çıxardım. Uşaq vaxtı oğlanlarla dava edirdim. Hətta çox vaxt onlara qalib gəlirdim. Kişilər döyüşməlidir”.