“Məğlubedilməz armada”nın axırına “Napoli” çıxdı

meglubedilmez-armadanin-axirina-napoli-cixdi
Oxunma sayı: 793

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ölkə çempionu “Yuventus” “Napoli” ilə üz-üzə gəlib.
Turin klubunun “qızıl dubl” etmək arzusu gözündə qalıb. Belə ki, neapollular Kavani və Hamşikin qolları ilə qalib gələrək kuboka sahib çıxıb. Bununla həm də “qoca sinyora”nın məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Bu mövsüm A Seriyasında məğlubiyyət yaşamadığı üçün “məğlubedilməz armada” ləqəbi alan “ağ-qaralar” bütün turnirləri nəzərə almaqla 43 oyun idi ki, uduzmurdu. Bu oyunlardan 1-i ötən mövsüm keçirilib. A Seriyasının son turunda “Napoli” ilə heç-heçə edən (2:2) “Yuventus” bu sezon keçirdiyi 42 qarşılaşmada da meydandan ən azı heç-heçə ilə ayrılmışdı (A Seriyasında 38, İtaliya kubokunda 4 matç). “Yuve” bu qarşılaşmalardan 26-da qələbə qazanıb. Beləliklə, “Yuventus”un “Napoli” ilə başlayan məğlubedilməzlik seriyası “Napoli” ilə də başa çatıb.

20 may
İtaliya kuboku, final matçı
"Yuventus" - "Napoli" - 0:2
Qollar: Kavani, 63-pen (0:1), Hamşik, 83 (0:2)

Ceyhun Əhmədov