İspaniya millisinin baş məşqşisi Fernando Yerro Rusiyaya uduzduqları oyundan sonra açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, çalışdırıcı matçdan zövq aldıqlarını deyib:
“Bura həvəslə gəldik. Amma düşünmürəm ki, İspaniya yığmasının uğursuzluğundan və dağılmasından danışa bilərik.
Bu gün məğlubiyyət və qələbə arasındakı xətt çox incə idi. Oyunçulara dediyim son şey: dünya çempionatından zövq alın. Matçı yüksək səviyyədə başa vurmağımızı istəmişdim. Biz bu gün bir-birimizin gözünə baxaraq deyə bilərik ki, biz peşəkarıq”.
Son xəbərlər
Son Xəbərlər