“Qafqazinfo” xəbər verir ki, səfərdə “Southempton”un qonağı olan “topçular” 2-2 hesablı bərabərlik əldə ediblər. Çempionluğa gedən yolda qeydə alınan bu heç-heçə, “Arsenal”ın yaxın izləyiciləri “Mançester Siti” və “Çelsi”nin işinə yarayacaq. Çünki “Siti” “Arsenal”dan 2, “Çelsi” usə 3 xal geri qalır. Hazırda “Arsenal” 52 xalla I, “Mançester Siti” 50 xalla II, “Çelsi” isə 49 xalla III sırada qərarlaşıb.
Qeyd edək ki bu gün “Mançester Siti” səfərdə “Totenhem”in qonağı olacaq. “Çelsi” isə öz meydanında “Vest Hem Yunayted”lə qarşılaşacaq.
İqbal
Son xəbərlər
Son Xəbərlər